Türkiyə səfiri Nuru Paşa ilə bağlı paylaşım edib

Xarici siyasət
  • 02 mart, 2022
  • 09:57
Türkiyə səfiri Nuru Paşa ilə bağlı paylaşım edib
Cahit Bağçı

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qafqaz İslam Ordusunun Baş Komandanı Nuru Paşa ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, səfir tviterdə yazıb:

“Qafqaz İslam Ordusunun Müzəffər Baş Komandanı, Bakının fatehi Nuru Paşanı vəfatının ildönümündə hörmət və ehtiramla anıram. Ruhu şad, məkanı cənnət olsun!”

Qeyd edək ki, Nuru Killigil 1949-cu ildə İstanbulda partlayışda vəfat edib.