Türkiyə parlamentinin sədri və müdafiə naziri Azərbaycana gələcək

Xarici siyasət
  • 24 iyul, 2018
  • 15:11
Türkiyə parlamentinin sədri və müdafiə naziri Azərbaycana gələcək
Report/ Elchin Murad

Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım parlament rəhbəri kimi ilk səfərini Azərbaycana edəcək.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Türkiyənin müdafiə naziri Hulusi Akar da bu vəzifədə ilk səfərini Bakıya edəcək.