Türkiyənin hakim partiyasından İlham Əliyevə təbrik
- 07 fevral, 2024
- 19:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə paylaşım edib.
“Report” xəbər verir ki, o, bu barədə “X”də yazıb.
“Can Azərbaycanın bütün torpaqlarında, o cümlədən azad olunmuş ərazilərdə keçirilən seçkilərdə yenidən Prezident seçilən Azərbaycan dövlət başçısı cənab İlham Əliyevi təbrik edirəm”, - o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.
Bülletenlərin 54,47 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.
Can Azerbaycan’ın özgürlüğe kavuşmuş tüm topraklarında da olmak üzere, gerçekleştirilen seçimlerde yeniden Cumhurbaşkanı seçilen #Azerbaycan Cumhurbaşkanı Sn İlham Aliyev’i tebrik ediyoruz.
— Ömer Çelik (@omerrcelik) February 7, 2024