Türk Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb

Xarici siyasət
  • 12 noyabr, 2021
  • 14:26
Türk Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.

"Report"un xəbərinə görə, bununla bağlı noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qərar qəbul olunub.

Qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilib.