Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün tarixi məlum olub

Xarici siyasət
  • 09 fevral, 2022
  • 12:44
Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün tarixi məlum olub

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü noyabrın 11-də Özbəkistanda keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Bağdad Amreyev danışıb.

Onun sözlərinə görə, bu mühüm tədbirin hazırlıq prosesi artıq başlayıb.

Bundan başqa, bildirilib ki, Azərbaycanda qeyri-rəsmi zirvə görüşü, Macarıstanda Vişeqrad qrupu ilə TDT dövlət başçılarının zirvə görüşü təşkil ediləcək.