Tom Berendsen: Niderland Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər

Xarici siyasət
  • 26 oktyabr, 2026
  • 13:38
Tom Berendsen: Niderland Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər

Niderland minatəmizləmə sahəsində Azərbaycana dəstək göstərilməsi imkanlarını öyrənə bilər.

Bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen Bakıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında "Report"un sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Niderland Azərbaycanın sülh prosesinə (Ermənistanla - red.) sadiqliyini və bu istiqamətdə liderliyini yüksək qiymətləndirir:

"Niderland balanslaşdırılmış yanaşmaya sadiqdir, eyni zamanda, regionda davamlı sülh və təhlükəsizliyin tərəfdarı kimi çıxış edir ki, bu da həlledici əhəmiyyət daşıyır və bütün tərəflərin maraqlarına cavab verir. Minatəmizləmə məsələsinə gəldikdə isə Niderland dünyanın digər regionlarında bu cür dəstək göstərir. Əminəm ki, bizim komandalarımız da Azərbaycana yardım göstərmək imkanlarını araşdıracaqlar".

44 filmi