TDT ölkələrinin növbəti sammitinin vaxtı məlum olub

Xarici siyasət
  • 21 avqust, 2023
  • 09:05
TDT ölkələrinin növbəti sammitinin vaxtı məlum olub

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısının vaxtı məlum olub.

“Report” TDT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, təşkilatın 10-cu sammiti bu il noyabrın 3-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.

Bundan əlavə, noyabrın 2-də Türküstanda TDT-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Xatırladaq ki, 2022-ci ildə TDT sammiti Səmərqənddə keçirilib.