TDT ölkələri arasında TÜRKPOL-un yaradılması təklif edilir

Xarici siyasət
  • 11 sentyabr, 2026
  • 13:35
TDT ölkələri arasında TÜRKPOL-un yaradılması təklif edilir

Türk Dövlətləri Təşkilatı (TDT) arasında transmilli cinayətkarlıqla mübarizə aparmaq üçün yeni təşkilat- TÜRKPOL-un yaradılması təklif edilir.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi TDT daxili işlər nazirinin Astanada baş tuan 3-cü görüşü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, TDT üzvləri bu təklifi dəstəkləyib.

"Gələcəkdə TÜRKPOL-un yaradılması ilə sərhədlərarası cinayətlər və cinayətkarlarla mübarizə sahəsində əməkdaşlığımızın və güc birliyimizin daha da artacağına inanıram", - deyə türkiyəli nazir bildirib.

Qeyd edilib ki, yaradılması təklif edilən bu təşkilat İnterpol və Avropa İttifaqının Hüquq Mühafizə Orqanları üzrə Əməkdaşlıq Agentliyinin (Evropol) bənzəri ola bilər.