TDT nümayəndə heyəti İstanbulda Heydər Əliyevin abidəsini ziyarət edib

Xarici siyasət
  • 10 may, 2023
  • 09:58
TDT nümayəndə heyəti İstanbulda Heydər Əliyevin abidəsini ziyarət edib

Türk Dövlətləri Təşkilatının (TDT) nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə İstanbuldakı abidəsini ziyarət ediblər.

“Report” xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Qeyd olunub ki, Ulu Öndərin Heydər Əliyev parkındakı abidəsinin önünə əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.