TDT-nin beynəlxalq nüfuzunun artması istiqamətində Prezident İlham Əliyevin addımları göz qabağındadır - RƏY
- 16 sentyabr, 2026
- 19:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Türk dünyasının, İslam aləminin birliyinə, həmrəyliyinə töhfələri davamlıdır və daim yüksək qiymətləndirilir.
Bunu "Report"a Milli Məclisin üzvü Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən çıxışını şərh edərkən deyib.
O qeyd edib ki, Türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi, həmçinin onları bir araya gətirən TDT-nin beynəlxalq nüfuzunun artması istiqamətində İlham Əliyevin atdığı addımlar göz qabağındadır.
Deputat bildirib ki, dövlət başçısının hər bir çıxışında 30 illik işğal dövrünün reallıqları xüsusilə önə çəkilir.
"Ölkə Prezidentinin çıxışları həmin dövrlə bağlı bütün reallıqların əsaslı şəkildə öyrənilməsində zəngin mənbədir. Təxminən 30 il davam edən danışıqların heç bir nəticə vermədiyini vurğulayan dövlət başçısı bildirdi ki, çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı".