TDT-nin Baş katibi: "Bu gün Zəngilan aeroportunun açılışı tarixi hadisədir"

Xarici siyasət
  • 20 oktyabr, 2022
  • 09:03
TDT-nin Baş katibi: Bu gün Zəngilan aeroportunun açılışı tarixi hadisədir
Bağdad Amreyev

“Bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasiminin keçirilməsi tarixi hadisədir”.

“Report”un xəbərinə görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev quruma üzv ölkələrin müsəlman dini liderlərinin Şuşada keçirdiyi mətbuat konfransında deyib.

“Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin mərasimdə iştirakı hər birimiz üçün xoşbəxtlikdir. Bu gün türk dünyası bir-birinə yaxınlaşır”, - o bildirib.