TDT Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib

Xarici siyasət
  • 18 oktyabr, 2023
  • 05:32
TDT Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib

Türk Dövlətləri Təşkilatı (TDT) 18 oktyabr- Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.

“Report” xəbər verir ki, bu barədə qurumun “X” hesabında yazılıb.

“Üzv dövlətimiz Azərbaycanın müstəqilliyinin bərpasının 32-ci ildönümü münasibətilə qardaş Azərbaycan hökumətinə və xalqına ürəkdən təbriklərimizi çatdırırıq”, - paylaşımda bildirilib.

44 - Tezliklə