TDT Baş katibi: Şuşa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmsil edir

Xarici siyasət
  • 03 oktyabr, 2024
  • 13:07
TDT Baş katibi: Şuşa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmsil edir
Kubanıçbek Ömuraliyev

Şuşa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmsil edir.

“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev qurumun 15-ci ildönümü ilə bağlı “Anadolu”da yazdığı məqalədə bildirib.

O bildirib ki, Şuşa Türk dünyası üçün böyük önəmə sahibdir: “Şuşada qəbul edilən Qarabağ bəyannaməsi nəqliyyat, iqlim dəyişikliyi, enerji kimi sahələrdə əməkdaşlığın gücləndirilməsini tələb edir”.