Tacikistan prezidenti: "Əliyevin səfəri Düşənbə və Bakı arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni səhifəsini açacaq"

Xarici siyasət
  • 16 oktyabr, 2014
  • 07:10
Tacikistan prezidenti: Əliyevin səfəri Düşənbə və Bakı arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni səhifəsini açacaq

Bakı. 16 oktyabr. REPORT.AZ/ Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev və Tacikistan prezidenti Emoməli Rəhmon arasında ikitərəfli görüş keçirilib. "Report" Tacikistan KİV-nə istinadən xəbər verir ki, görüş zamanı tərəflər dostluq münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. E.Rəhmon İ.Əliyevin rəsmi səfərinin Düşənbə və Bakı arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni səhifəsini açacağına əminliyini bildirib. 

Təkbətək formatda görüşdən sonra Azərbaycan və Tacikistan prezidentlərinin danışıqları geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə davam edib. 

Danışıqların nəticəsinə görə ikitərəfli 10 sənədin imzalanması nəzərdə tutulub.