İrandan Azərbaycan vasitəsilə təxliyə prosesi davam edir - YENİLƏNİB-2
- 05 mart, 2026
- 20:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda 10-dan çox Çin vətəndaşı, eləcə də iranəsilli digər ölkə vətəndaşlarının Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə təxliyəsi həyata keçirilir.
"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə prosesi davam edir.
Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 18:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1341-ə çatıb.
İrandan Azərbaycana bu gün saat 14:00-dan 16:00-dək daha 13 nəfər təxliyə edilib.
"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə edilənlərin 10-u Azərbaycan, 1-i Kanada, 1-i Özbəkistan, 1-i isə Rusiya vətəndaşıdır.
Onların təxliyəsi "Astara" dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub.
İrandan Azərbaycana bu gün saat 12:00-dan 14:00-dək daha 9 nəfərin təxliyəsi baş tutub.
"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə edilənlərin 5-i Azərbaycan, 2-si Qırğızıstan, 1-i Çin, 1-i isə Gürcüstan vətəndaşıdır.
Onların təxliyəsi "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən həyata keçirilib.