Son 5 ildə 1 211 nəfər Azərbaycana readmissiya edilib

Xarici siyasət
  • 18 iyul, 2019
  • 08:07
Son 5 ildə 1 211 nəfər Azərbaycana readmissiya edilib
Report

"2014-cü ilin sentyabrından indiyədək ölkəyə 1 211 şəxs readmissiya edilib. Bu, əsasən Avropa ölkələrindən olub".

"Report"un xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

V.Hüseynov qeyd edib ki, bu şəxslər xarici ölkələrdə yaşamaq üçün müraciət ediblər, nəticə əldə edilə bilməyiblər: "Dövlət Miqrasiya Xidməti onlar geri qaytarıldıqdan sonra ehtiyaclarının öyrənilməsi istiqamətində işlər görür. Bura səhiyyə, təhsil və.s aiddir".

Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycana readmissiya olunanların sayı 239 olub. 

44 - Tezliklə