Slovakiya səfiri Sahibə Qafarova ilə görüşdən paylaşım edib

Xarici siyasət
  • 24 noyabr, 2025
  • 16:31
Slovakiya səfiri Sahibə Qafarova ilə görüşdən paylaşım edib

Azərbaycan və Slovakiya siyasi dialoqu və parlamentlərarası əməkdaşlığı dərinləşdirməklə bağlı perspektivləri müzakirə edib.

"Report"un məlumatına görə, bu barədə Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdən sonra "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Diplomatın sözlərinə görə, tərəflər iki ölkənin parlamentləri arasında qarşılıqlı əlaqələrin yüksək səviyyəsini təsdiq edib və cari əməkdaşlığın çox yaxşı olduğunu qeyd ediblər.

E.Qasımov vurğulayıb ki, görüş Bratislava və Bakı arasında praktiki tərəfdaşlığın daha da inkişaf etdirilməsinə həsr olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti