Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb

Xarici siyasət
  • 14 mart, 2025
  • 13:49
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri martın 14-də başa çatıb.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Şimali Makedoniya Prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.