Şimali Kipr Prezidentinin xanımı Bakı KOB Evini ziyarət edib
- 13 oktyabr, 2023
- 16:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Şimali Kipr Türk Respublikası Prezidentinin xanımı, Kipr Türk Sahibkar Qadınlar Dərnəyinin fəxri üzvü Sibel Tatar və heyəti Bakı KOB Evində olub.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "X" hesabında yazıb.
O bildirib ki, görüşdə KOBİA-nın sosial və qadın sahibkarlığına dəstək alətləri, mümkün əməkdaşlıq müzakirə edilib.
Ölkəmizə səfəri zamanı Şimali Kipr Türk Respublikası Prezidentinin xanımı, Kipr Türk Sahibkar Qadınlar Dərnəyinin fəxri üzvü @SibelTatar_ və heyəti @BakiKOBevi-ndə oldu. Görüşümüzdə #KOBİA-nın sosial və qadın sahibkarlığına dəstək alətlərini, mümkün əməkdaşlığı müzakirə etdik. pic.twitter.com/otdy8keS7q
— Orkhan Mammadov (@MammadovOrkh) October 13, 2023