Şimali Kipr Prezidenti: “Bizə qarşı çox böyük haqsızlıqlar edilir”

Xarici siyasət
  • 10 dekabr, 2021
  • 09:03
Şimali Kipr Prezidenti: “Bizə qarşı çox böyük haqsızlıqlar edilir”
Ersin Tatar

“Bizə qarşı çox böyük haqsızlıqlar edilir”.

“Report”un xəbərinə görə, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndəsini videoformatda qəbul edərkən deyib.

“Şimali Kiprdə 144 dövlətdən olan tələbələr təhsil alır. Siyasi mənada tanınma indi mümkün görünmür. Münasibətlərimizi daha da inkişaf etdirməliyik. Mən Türkiyəyə və Azərbaycana təşəkkür edirəm. Çünki sizin sevinciniz bizim sevincimizdir. Buna kimsə əngəl ola bilməz. Burada çoxlu sayda azərbaycanlı yaşayır. Sizlər bizim qardaşlarımızsınız”, - o bildirib.