Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Xarici siyasət
  • 17 oktyabr, 2017
  • 12:24
Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud
East News/ Abd Rabbo Ammar

Bakı. 17 oktyabr. REPORT.AZ/ İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə davamlı inkişaf və rifah arzu edirəm.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız,

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Məscidin Xadimi,

Səudiyyə Ərəbistanının Kralı”.

44 filmi