Səudiyyə Ərəbistanı WUF13 çərçivəsində qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Xarici siyasət
  • 18 may, 2026
  • 17:07
Səudiyyə Ərəbistanı WUF13 çərçivəsində qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Səudiyyə Ərəbistanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkili çərçivəsində səmimi qəbula və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil tikintisi naziri Macid əl-Hoqayl WUF13 çərçivəsində jurnalistlərə bildirib.

"İlk növbədə, səmimi qəbula və qonaqpərvərliyə görə Zati-aliləri Prezidentə və Azərbaycan xalqına təşəkkürümü bildirmək istərdim. Onlar bizi böyük səmimiyyət və hörmətlə qarşıladılar. Və bu, belə böyük bir xalq üçün təəccüblü deyil", - nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın inkişafı bir çox cəhətdən bu gün Səudiyyə Ərəbistanında dayanıqlı və şəhər inkişafı proqramları çərçivəsində baş verən transformasiyalara bənzəyir.

"Sözün düzü, hava limanına gəldiyim andan etibarən şəxsən gördüklərim - infrastrukturun, memarlığın və şəhər məkanının inkişafı - Prezident başda olmaqla rəhbərliyin və Azərbaycan xalqının həyat keyfiyyətinə olan diqqətini əks etdirir", - o vurğulayıb.

44 filmi