İƏT ölkələri arasında korrupsiyaya qarşı məlumat mübadiləsinin gücləndirilməsi təklif olunub

Xarici siyasət
  • 28 oktyabr, 2026
  • 10:58
İƏT ölkələri arasında korrupsiyaya qarşı məlumat mübadiləsinin gücləndirilməsi təklif olunub

Səudiyyə Ərəbistanı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətləri korrupsiyaya qarşı mübarizə sahəsində məlumat mübadiləsinin gücləndirilməsinə yönəlmiş qətnamə layihəsini dəstəkləməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sədri Mazin bin İbrahim Əl-Qəhmus İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən III yüksək səviyyəli görüşündə bildirib.

Əl-Qəhmus həmçinin hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizə üzrə Məkkə Konvensiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

"Biz bir sıra dövlətlər tərəfindən konvensiyanın ratifikasiya edilməsini yüksək qiymətləndiririk və digər ölkələri bu sənədi imzalamağa, ratifikasiya etməyə və ya ona qoşulmağa çağırırıq", - qurumun rəhbəri qeyd edib.

Bundan başqa, o, sədrliyin Azərbaycana keçməsi münasibətilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevi təbrik edib və Bakıda keçirilən görüşün yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

44 filmi