Sergey Lavrov: "Xəzərin statusu haqqında Konvensiya üzrə 20 illik işi tamamladıq"

Xarici siyasət
  • 05 dekabr, 2017
  • 11:31
Sergey Lavrov: Xəzərin statusu haqqında Konvensiya üzrə 20 illik işi tamamladıq
Report/ Elshan Baba

Bakı. 5 dekabr. REPORT.AZ/ "Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü müsbət ab-havada keçdi".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının 7-ci iclasının ardından keçirilən mətbuat konfransında deyib.

"Ümumilikdə görüşün nəticələrini müsbət qiymətləndirirəm. Xəzərin statusu haqqında Konvensiya üzrə 20 illik işi tamamladıq. Mətn dövlət rəhbərləri tərəfindən təsdiqlənməyə təqdim olunacaq, ümid edirik ki, sənəd onlar tərəfindən dəstəklənəcək", - S.Lavrov bildirib.