Serbiya hərbi orkestri Azərbaycanın "Ay Laçın" mahnısını ifa edib

Xarici siyasət
  • 15 fevral, 2026
  • 20:52
Serbiya hərbi orkestri Azərbaycanın Ay Laçın mahnısını ifa edib
Hikmət Hacıyev

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində Serbiyanın hərbi orkestri Azərbaycanın "Ay Laçın" mahnısını ifa edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.

"Bu, Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jestidir", - H.Hacıyev qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti