Serbiya parlamentinin vitse-spikeri: Azərbaycan Konstitusiyası güclü dövlətin təməli oldu
- 29 oktyabr, 2025
- 11:20
30 il əvvəl qəbul edilmiş Azərbaycan Konstitusiyası güclü və inkişaf edən dövlətin təməli oldu.
"Report" xəbər verir ki, bunu Serbiya parlamentinin sədr müavini Yovan Yaniç Bakıda keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" adlı beynəlxalq konfransda bildirib.
"Konstitusiyanın qəbulu istənilən ölkə üçün mühüm siyasi və sosial hadisədir. Konstitusiya dövlətin quruluşunu müəyyən edir və hakimiyyətin bütün qollarının fəaliyyətinin əsasını qoyur. Bu gün biz burada Azərbaycan Respublikasının əsas qanununun 30 illiyini qeyd etmək üçün toplaşmışıq", - o vurğulayıb.
Vitse-spikerin sözlərinə görə, hazırkı yubiley xüsusi əhəmiyyətə malikdir, çünki Azərbaycan 30 il ərzində dünyada öz nüfuzunu möhkəmləndirmiş uğurlu, dinamik inkişaf edən dövlət olduğunu nümayiş etdirib.