Səfirlik: "Notr-Dam-de-Pari" kilsəsində yanğınla əlaqədar həmrəylik göstərmiş azərbaycanlı dostlarımıza minnətdarıq
- 17 aprel, 2019
- 07:56
Yeniliklərdən dərhal xəbərdar olun!
"Notr-Dam-de-Pari" kilsəsindəki yanğınla əlaqədar həmrəylik göstərmiş bütün azərbaycanlı dostlarımıza öz təşəkkürümüzü bildiririk".
"Report"un məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyindən bildirilib.
"Notr-Dam-de-Pari"də baş verimiş yanğın fransız xalqı üçün bir faciədir, çünki "müqəddəs abidənin hər bir üzü, hər bir daşı yalnız ölkənin tarixinin deyil, həm də elm və sənət tarixinin bir səhifəsidir" (Viktor Hüqo)
Bir daha onun gözəlliyini və mənəvi parlaqlığını seyr edə bilmək üçün biz yenidən birlikdə onu bərpa edəcəyik", - səfirlikdə bildiriblər.
Xatırladaq ki, "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.
Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı hissələrində aparılan təmir işləri səbəb olub.