Səfir: "Rumıniya Azərbaycan-NATO münasibətlərinin genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır"

Xarici siyasət
  • 23 aprel, 2015
  • 06:53
Səfir: Rumıniya Azərbaycan-NATO münasibətlərinin genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır

Bakı. 23 aprel. REPORT.AZ/ Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu Naxçıvan Muxtar Respublikasına (NMR) səfər edib.

Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, səfər zamanı səfir NMR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.

Görüşdə D.Çobanu Rumıniyanın Azərbaycanla regional səviyyədə münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. 

Səfir, həmçinin Naxçvan Dövlət Universitetində olub və NATO-nun Azərbaycanla tərəfdaşlıq perspektivləri mövzusunda mühazirə ilə çıxış edib. Öz çıxışında diplomat qeyd edib ki, Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarını dəstəkləyərək, Avroatlantik təhlükəsizliyinə öz töhfəsini verir. 

"Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır. Rumıniya Azərbaycanın NATO İlə münasibətlərinin genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır", - səfir deyib. O əlavə edib ki, NATO-nun  Azərbaycandakı fəaliyyətinin  koordinatoru rolunu icra edən Rumıniya səfirliyi Alyans haqqında cəmiyyətin məlumatlandırılmasına dair fəaliyyətini də davam etdirəcək. 

44 filmi