Səfir: Orta Dəhliz Azərbaycanın logistik hab kimi rolunu möhkəmləndirəcək
- 21 avqust, 2026
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Orta Dəhlizin inkişafı həm Azərbaycan, həm də Böyük Britaniya üçün böyük imkanlar açır.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman mətbuat konfransında bildirib.
"Söhbət Azərbaycanın logistika habı kimi mövqeyindən maksimum istifadə etməkdən gedir. Azərbaycanın yalnız, ümid etdiyimiz kimi, sərhədlərin (Ermənistanla - red.) açılması və Cənubi Qafqaz daxilində, daha sonra isə Türkiyə ilə əlaqələrin inkişafı sayəsində deyil, həm də Mərkəzi Asiyadan olan tranzit sayəsində inanılmaz imkanı var", - o bildirib.
Diplomatın sözlərinə görə, Orta Dəhliz layihəsinin reallaşdırılması hər iki ölkə üçün faydalı olacaq.
"Dünya iqtisadiyyatının inkişafına töhfə verən hər şey yaxşıdır, Azərbaycan kimi dostlarımızın iqtisadiyyatının inkişafına töhfə verən hər şey çox yaxşıdır. Buna görə də düşünürəm ki, bu layihənin reallaşdırılmasından hamımız qazanacağıq", - Norman vurğulayıb.