Vilayət Quliyev: "Məğlubiyyətin tənə və töhmətini hamıdan çox diplomatlar hiss edirdi"
- 23 noyabr, 2023
- 10:19
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qazanılan Qarabağ Zəfərinin ən böyük faydasını diplomatlarımızın gördüyünü desəm, yəqin ki, səhv etmərəm. Uğradığımız məğlubiyyətin də ağrı-acısını hamıdan çox biz çəkir, tənə və töhmətini biz hiss edirdik".
Bu fikirləri "Report"a müsahibəsində Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bildirib.
Onun sözlərinə görə, işğal dövründə iddialarından yerə-göyə sığmayan erməni diplomatlarını görmək, havadarlarının onların şəninə dedikləri tərifləri eşitmək həqiqi əzab olub: "Fəxr edirik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz bu acınacaqlı vəziyyətə son qoyub torpaqlarımızı düşmən tapdağından azad etdi. Erməni işğalçılarına döyüş meydanında nəyə qadir olduğumuzu göstərdik. Azərbaycan diplomatiyasının ən böyük uğuru olan BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini Silahlı Qüvvələrimiz şücaəti ilə həyata keçirdi".
V.Quliyev hazırda Azərbaycan diplomatiyasının qarşısında dayanan əsas vəzifədən də söz açıb: "Mövcud şəraitdə diplomatiyamızın qarşısında dayanan başlıca vəzifə Ermənistanla sülh danışıqlarını Azərbaycanın təklif etdiyi beş prinsip əsasında qalibiyyətlə başa çatdırmaq, sülhə mane olmaq istəyən qüvvələri neytrallaşdırmaqdır".
Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.