Səfir: İndoneziya Azərbaycanla BOEM və rəqəmsallaşma sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır
- 11 sentyabr, 2026
- 12:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərpa olunan enerji (BOEM) və rəqəmsallaşma Azərbaycan və İndoneziya arasında əməkdaşlığın perspektivli istiqamətləridir.
Bunu "Report"un Xankəndiyə ezam olunmuş müxbirinə diplomatik korpus nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi bildirib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri energetika, xüsusilə də bərpa olunan enerji mənbələrinin inkişafıdır.
"Bu, biznes üçün çox gözəl imkandır", - diplomat qeyd edib.
O, həmçinin rəqəmsallaşmanı, informasiya texnologiyalarını və telekommunikasiya infrastrukturunu gələcək əməkdaşlığın perspektivli sahələri sırasında qeyd edib.
Diplomat vurğulayıb ki, logistika sahəsində də əməkdaşlıq üçün yaxşı perspektivlər mövcuddur.