Səfir: Hazırda Litvada 400 azərbaycanlı təhsil alır
- 07 oktyabr, 2026
- 15:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda Litvada 400 azərbaycanlı təhsil alır.
"Report" xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus "Study in Europe" təhsil sərgisinə həsr olunmuş brifinqdə bildirib.
Səfirin sözlərinə görə, Litvanın təhsil müəssisələrində 16 mindən çox xarici tələbə təhsil alır və bu rəqəm artmaqda davam edir:
"Təhsil transformasiyanın mərkəzi elementlərindən birinə çevrilib, belə ki, son üç onillik ərzində o, iqtisadiyyatı əsaslı şəkildə dəyişdirməkdə bizə kömək edib. İndi biz innovativ həllər, lazer texnologiyaları və "FinTech" kimi sahələrdə əməkdaşlığı genişləndirməyi planlaşdırırıq. Biz həmçinin tələbə mübadiləsi, universitetlər arasında əməkdaşlıq, dövlət qurumlarının qarşılıqlı fəaliyyəti, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə bu təcrübəni Azərbaycanla bölüşmək istərdik".
Səfir həmçinin qeyd edib ki, Litva universitetləri artıq Azərbaycan ali məktəbləri ilə əməkdaşlıq edir.