Səfir: "Əfqanıstan tərəfdaşlığa və dəstəyə görə Azərbaycana minnətdardır"
- 27 noyabr, 2017
- 07:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 noyabr. REPORT.AZ/ "Əfqanıstan "Asiyanın qəlbi" - İstanbul prosesi konfransının Bakıda keçirilməsinə görə Azərbaycana minnətdardır".
"Report" xəbər verir ki, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili mətbuat konfransında deyib.
Bildirək ki, "Asiyanın qəlbi" - İstanbul prosesi təşəbbüsü çərçivəsində 7-ci nazirlər görüşü dekabrın 1-də Bakıda keçiriləcək.
Bakıdakı toplantının əsas mövzusu "Asiyanın qəlbi" regionda təhlükəsizlik və iqtisadi əlaqələr olacaq.
"Tədbirin açılışında Əfqanıstan Prezidenti Əşrəf Qani və Azərbaycan Prezidenti İlham Əliyevin iştirak edəcəklər. Azərbaycana, həmçinin tərəfdaşlığa və Əfqanıstana verdiyi güclü dəstəyə görə təşəkkür edirik", - səfir vurğulayıb.
Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstan ilə birlikdə prosesə həmsədrlik edir.