Səfir: Efiopiya Azərbaycanla möhkəm dostluq və əməkdaşlıq əlaqələrini qiymətləndirir
- 08 noyabr, 2025
- 14:49
Azərbaycanın 8 noyabr - Zəfər Günü - cəsarət, birlik və qətiyyət bayramıdır.
"Report"un məlumatına görə, bu barədə Efiopiyanın Azərbaycandakı səfiri Adem Muhammed Mahmud öz "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Efiopiyanın Ankaradakı səfirliyi adından Azərbaycan hökumətinə və xalqına Zəfər Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu gün cəsarət, birlik və qətiyyət bayramıdır. Biz möhkəm dostluq və əməkdaşlıq əlaqələrimizə hörmət edirik. Azərbaycana dayanıqlı sülh, firavanlıq və uğurlar arzulayıram", - diplomat qeyd edib.
On behalf of the Ethiopian embassy in Ankara, I extend warmest congratulations to Azerbaijan’s government and people on Victory Day. This day celebrates courage, unity, and determination, and we honor our strong bond of friendship and cooperation. I wish Azerbaijan continued… pic.twitter.com/5M03EkAoy6
— Ambassador Adem Mohamed Mahmud: 🇪🇹 (@EthioAmbTR) November 8, 2025