Səfir: “Britaniyanın tibbi təcrübəsi Azərbaycanda həyatlar xilas edəcək”
Xarici siyasət
- 04 fevral, 2021
- 11:58
“Böyük Britaniyanın elmi və tibbi təcrübəsi Azərbaycanda insanların həyatını xilas edəcək”.
“Report” xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitter səhifəsində yazıb.
Səfir Azərbaycanın COVAX (COVID-19 ilə mübarizə üçün vəsaitlərin sürətləndirilməsi təşəbbüsü) vasitəsi ilə 500 min doza “AstraZeneca/Oxford” peyvəndi alacağını eşitməyin xoş olduğunu qeyd edib.
Daha əvvəl COVAX platforması ölkələr arasında koronavirus əleyhinə peyvəndin bölüşdürülməsi üzrə proqnozunu dərc edib.
Peyvəndlərin dünyanın 145 ölkəsinə paylanılması fevral ayında həyata keçiriləcək. Aşılar hər ölkədəki əhalinin təxminən 3,3 %-ni peyvəndləmək üçün kifayət edəcək.
Peyvəndin bölüşdürülməsinin bu ilin iyun ayına qədər tamamlanması planlaşdırılır.
Son xəbərlər
04:39
Depressiya və demensiya arasında gözlənilməz əlaqə tapılıb
Sağlamlıq04:07
"CNN": Tayvan ABŞ ilə münasibətlərin soyumasından narahatdır
Digər ölkələr03:33
"Exit-poll": Niderlandda keçirilən seçkilərdə "Demokratlar 66" partiyası liderdir
Digər ölkələr03:02
Cənubi Koreya tariflərin azaldılması müqabilində ABŞ-yə 350 milyard dollar ödəyəcək
Digər ölkələr02:37
Kiyevin bir neçə rayonu işıqsız və istiliksiz qalıb
Digər ölkələr02:12
"Liverpul" öz meydanında böyük hesabla məğlub olub
Futbol01:39
ÜST: Qlobal istiləşmədən hər dəqiqə bir insan ölür
Ekologiya01:06
"Sabah" FIBA Çempionlar Liqasında növbəti dəfə məğlub olub
Komanda00:54
Foto