Səfir: "Azərbaycan XİN başçısının İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı gözlənilir"

Xarici siyasət
  • 05 mart, 2022
  • 09:43
Səfir: Azərbaycan XİN başçısının İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı gözlənilir
Bilal Haye

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 48-ci iclası martın 22-23-də Pakistanın İslamabad şəhərində keçiriləcək.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib.

“İclasda Azərbaycanın xarici işlər nazirinin iştirak edəcəyi gözlənilir”, - səfir deyib.

Onun sözlərinə görə, tədbirin mövzusu “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlıq” olacaq. İclas çərçivəsində İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri islamofobiya və korrupsiya ilə mübarizə məsələlərini, həmçinin Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.