Səfir: Azərbaycan və Tailand arasında birbaşa aviareysin açılmasına böyük maraq var

Xarici siyasət
  • 30 sentyabr, 2025
  • 12:42
Səfir: Azərbaycan və Tailand arasında birbaşa aviareysin açılmasına böyük maraq var
Apirat Suqondhabhirom

Azərbaycan və Tailand arasında birbaşa aviareysin açılmasına böyük maraq var.

Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində Tailand Krallığının iqamətgahı Ankarada olan Azərbaycan, Türkiyə, Türkmənistan, Gürcüstan, Şimali Makedoniya üzrə səfiri Apirat Suqondhabhirom deyib.

"İki ölkə arasında birbaşa aviareysin açılmasına böyük maraq var - Bakı-Banqkok-Pxuket. Ümid edirəm ki, bu reys gələn il AZAL tərəfindən açılacaq. Tailandda güclü nöqtələrdən biri tibbi turizmdir. Biz turizm sahəsində əməkdaşlıq haqqında da danışdıq və bir-birimizin viza sistemi haqqında məlumat verdik. Tailandlı turistlərin Azərbaycana, azərbaycanlı turistlərin isə Tailanda getməsini asanlaşdırdıq. Turizm sektorlarımız arasında əməkdaşlıq kifayət qədər böyük biznes ola bilər və tərəflərimiz artıq müzakirələr aparır", - səfir qeyd edib.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti