Səfir: Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri üçün mühüm strateji tərəfdaşdır

Xarici siyasət
  • 17 sentyabr, 2026
  • 16:23
Səfir: Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri üçün mühüm strateji tərəfdaşdır

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri üçün mühüm strateji tərəfdaşdır.

"Report"un məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfiri Məhəmməd Əl Bluşi səfirliyin Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində "BƏƏ və Azərbaycan muzeyləri zəngin keçmiş və perspektivli gələcək haqqında hekayəni əks etdirir" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində müxtəlif sahələrdə həyata keçirilən qarşılıqlı əməkdaşlıq sayəsində BƏƏ-Azərbaycan münasibətləri daha da möhkəmlənib:

"Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında ikitərəfli münasibətlər qarşılıqlı etimad, hörmət və davamlı inkişafa əsaslanır. İki ölkənin münasibətləri möhkəm siyasi və iqtisadi təməllərlə xarakterizə olunur və bizim birgə əməkdaşlığı inkişaf etdirmək üçün imkanlarımız çoxdur".

44 - Tezliklə