Səfir: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm və etibarlı tərəfdaşıdır

Xarici siyasət
  • 06 oktyabr, 2026
  • 10:11
Səfir: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm və etibarlı tərəfdaşıdır

Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm və etibarlı tərəfdaşıdır.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Berlinə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açıb.

"İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" əməkdaşlığımızın genişləndirilməsi üzrə hər iki ölkənin ciddi öhdəliyidir", - deyə səfir qeyd edib.

D.Lölke Almaniya-Azərbaycan Biznes Şurasının yaradılmasının vacibliyini də qeyd edib.

O bildirib ki, müvafiq sənəd Prezident İlham Əliyevin Berlinə səfəri zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun, Almaniya tərəfinin və Almaniya İqtisadiyyatının Şərq Komitəsinin nümayəndələrinin iştirakı ilə imzalanıb:

"Əminəm ki, qarşılıqlı əlaqləlilik məsələsi çox tezliklə energetika ilə yanaşı ikitərəfli iqtisadi münasibətlərimizin ikinci sütununa çevriləcək".

D.Lölke həmçinin regionda sabitlik və sülh prosesi məsələsinə də toxunub.

O bəyan edib ki, Almaniya hökuməti sülh prosesində Azərbaycan və Ermənistan tərəfindən əldə olunmuş tərəqqini və onların bu prosesi davam etdirməyə sadiqliyini alqışlayır: "Dayanıqlı sülh, şübhəsiz ki, regionun sabitliyi, regional inteqrasiya, eləcə də regionun iqtisadi potensialının açılması üçün zəruridir".

44 filmi