Səfir: Almaniya Azərbaycanla iqtisadi əlaqələrin fəal inkişafını gözləyir

Xarici siyasət
  • 06 oktyabr, 2026
  • 13:10
Səfir: Almaniya Azərbaycanla iqtisadi əlaqələrin fəal inkişafını gözləyir

Almaniya yaxın illərdə Azərbaycanla iqtisadi əlaqələrin, o cümlədən təhsil kimi sahələrin fəal inkişafını gözləyir.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke Bakıda Almaniya-Azərbaycan Əlaqəlilik konfransı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Biz yaxın illərdə iqtisadi əlaqələrin, həmçinin təhsil kimi digər sahələrin fəal inkişafını gözləyirik. Lakin biz bura əlaqəlilik və iqtisadiyyat haqqında danışmaq üçün gəlmişik", - o qeyd edib.

O, həmçinin əlavə edib ki, Azərbaycan rəhbərinin iyulun 20-21-də Berlinə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Fridrix Mers tərəfindən imzalanmış strateji gündəlik ikitərəfli münasibətlərin inkişafı üçün mühüm əsas yaradıb.

"Bu gündəlikdə ikitərəfli münasibətlərimizin və iqtisadi əlaqələrimizin inkişafı üçün əsas müəyyən edilib - təkcə əlaqəlilik və ya energetika sahəsində deyil, eyni zamanda bir çox digər sektorlarda. Məsələn, ilk dəfə olaraq müdafiə sənayesi gündəliyə daxil edilib", - səfir qeyd edib.

44 filmi