Səfir: "ABŞ Azərbaycanda iqtisadi diversifikasiya səylərini dəstəkləyir"

Xarici siyasət
  • 04 sentyabr, 2015
  • 09:01
Səfir: ABŞ Azərbaycanda iqtisadi diversifikasiya səylərini dəstəkləyir

Bakı. 4 sentyabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanda fəaliyyət göstərən ABŞ və bir qrup yerli şirkətin rəhbərləri ilə görüşüb. 

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "twitter" səhifəsində məlumat verilib. 

Görüşdə Azərbaycanda iqtisadi inkişafın perspektivləri haqqında fikir mübadiləsi aparılıb: "ABŞ Azərbaycanın hökumət və biznes icması ilə tərəfdaşlıq vasitəsilə iqtisadi diversifikasiya səylərini dəstəkləyir".

44 - Tezliklə