Sarvan Sinqh: Dekolonizasiya bizim nəslin məsuliyyətidir

Xarici siyasət
  • 01 may, 2026
  • 13:09
Sarvan Sinqh: Dekolonizasiya bizim nəslin məsuliyyətidir

Dekolonizasiya - təkcə keçmişin yenidən dəyərləndirilməsi deyil, həm də gələcəyin formalaşdırılmasıdır.

"Report" xəbər verir ki, bunu Kanada Siqhlər Federasiyasının hüquq məsləhətçisi Pahal Sarvan Sinqh Bakıda keçirilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" adlı beynəlxalq forumda bildirib.

Onun sözlərinə görə, bu proses ədalət, hörmət və müxtəlifliyə əsaslanan və icmalara öz strukturlarını müstəqil şəkildə müəyyən etməyə imkan verən siyasi və sosial sistemlərin yaradılmasını əhatə edir.

Sinqh beynəlxalq həmrəyliyin vacibliyini vurğulayaraq qeyd edib ki, bir çox ölkələrdə, o cümlədən Hindistan, Afrika dövlətləri, Yaxın Şərq və Cənubi Asiyada, diqtə edilmiş sərhədlərin, mərkəzləşdirilmiş hakimiyyətin və repressiv təcrübələrin artmasının oxşar modelləri müşahidə olunur.

"Bunlar təcrid olunmuş hallar deyil, qlobal sistemin bir-biri ilə əlaqəli təzahürləridir. Bizim nəslin vəzifəsi təkcə bu sistemlərə qarşı çıxmaq deyil, həm də onlardan daha böyük məsuliyyət və real həyata uyğunluq tələb etməkdir. Dekolonizasiyanın mahiyyəti məhz budur və bu, bizim nəslin məsuliyyətidir", - o deyib.