Şarl Mişel: "Laçın-Xankəndi və Ağdam-Xankəndi yolundan yüklərin eyni vaxtda keçməsini alqışlayırıq"
- 18 sentyabr, 2023
- 12:05
Yeniliklərdən dərhal xəbərdar olun!
"Laçın-Xankəndi və Ağdam-Xankəndi yolundan yüklərin eyni vaxtda keçməsini alqışlayırıq".
"Report" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "X" hesabında yazıb.
O qeyd edib ki, artıq Qarabağın erməni sakinlərinə yardımlar aparılır.
"Laçın və Ağdam üzərindən yüklərin eyni vaxtda keçməsini alqışlayırıq. İndi bu məsələ tam qaydaya salınmalıdır. Həmçinin Avropa İttifaqının dəstəkləməyə hazır olduğu hüquq və təhlükəsizlik üzrə Bakı və Qarabağın erməniəsilli əhalisi arasında danışıqlara başlamaq vacibdir. Avropa İttifaqı bunu dəstəkləməyə hazırdır",- Ş.Mişel bildirib.
Qeyd edək ki, sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük avtomobilləri keçib. Belə ki, Qarabağdakı qanunsuz rejim BQXK-nin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının birgə təklifini qəbul edib. Bu da onların Azərbaycanın şərtlərinə tabe olduğunu göstərir.
Humanitarian supplies are finally underway to Karabakh Armenians.
— Charles Michel (@CharlesMichel) September 18, 2023
Welcome the simultaneous passage of humanitarian cargo via Lachin & Agdam.
This must be now regularised.
Also essential to launch talks btw Baku & KA on their rights & security, which EU stands ready to support