Şarl Mişel: Beynəlxalq əməkdaşlıq sistemi zəifləmə dövrü yaşayır
- 11 mart, 2026
- 15:36
XIII Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyətin transformasiyası və müasir qlobal çağırışlar barədə dərin fikir mübadiləsi üçün platforma olacaq.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel bəyan edib.
Onun sözlərinə görə, müasir dünyanın yüksək inkişaf səviyyəsinə baxmayaraq, beynəlxalq əməkdaşlıq sistemi bu gün durğunluq dövrü yaşayır.
"Dünya bu gün hər zamankından daha gözəldir, lakin çoxtərəflilik heç vaxt olmadığı qədər zəifdir", - Ş.Mişel qeyd edib.
O vurğulayıb ki, beynəlxalq sistem eyni vaxtda bir neçə uzunmüddətli tendensiya və ciddi çağırışla üzləşir.
Avropa İttifaqı Şurasının keçmiş rəhbərinin fikrincə, Bakı forumu çərçivəsindəki müzakirələr iqlim dəyişikliyindən tutmuş beynəlxalq təhlükəsizlik məsələlərinə qədər qlobal problemləri daha yaxşı anlamağa və əməkdaşlığı gücləndirmək üçün yeni ideyalar təklif etməyə kömək edəcək.