Samir Şərifov Minskdə Qələbə abidəsini ziyarət edib

Xarici siyasət
  • 02 iyun, 2026
  • 12:32
Samir Şərifov Minskdə Qələbə abidəsini ziyarət edib

Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun rəhbərliyi altında nümayəndə heyəti Minsk şəhərindəki Qələbə meydanında Qələbə abidəsini ziyarət edib.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabienti məlumat yayıb.

Bildirilib ki, ziyarət Belarus-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Belarusa rəsmi səfər çərçivəsində baş tutub.

​Mərasim zamanı Baş nazirin müavini və nümayəndə heyətinin üzvləri İkinci Dünya müharibəsi illərində faşizm üzərində qələbə uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib, abidənin önünə əklil qoyublar.

​Daha sonra nümayəndə heyəti əbədi məşəlin önünə tər çiçəklər düzərək, həlak olanların xatirəsinə sükutla hörmətlərini bildiriblər.