Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək

Xarici siyasət
  • 24 aprel, 2025
  • 15:20
Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək

Milli Məclisin (MM) sədri Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Qeyd olunub ki, sabah spikerin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyanın Roma şəhərinə səfər edəcək.

S.Qafarova aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində Azərbaycanı təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.

44 - Tezliklə