Şahbaz Şərif: "Pakistan-Azərbaycan münasibətləri qarşılıqlı dəstək və etimad üzərində qurulub"

Xarici siyasət
  • 15 iyun, 2023
  • 10:00
Şahbaz Şərif: Pakistan-Azərbaycan münasibətləri qarşılıqlı dəstək və etimad üzərində qurulub
Məhəmməd Şahbaz Şərif

"Bütün məsələlərdə, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə Pakistanın və Azərbaycanın mövqeləri üst-üstə düşür".

"Report" xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Baş nazir bildirib ki, Pakistan və Azərbaycan qardaş xalqlardır: "Bizim münasibətlərimiz qarşılıqdı dəstək, səmimiyyət və qarşılıqlı etimad üzərində qurulub”.