Sabah İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçılarının görüşü keçiriləcək

Xarici siyasət
  • 28 oktyabr, 2018
  • 08:01
Sabah İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçılarının görüşü keçiriləcək

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında yeddinci üçtərəfli görüş oktyabrın 29-da İstanbulda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilir.

Görüşdə üçtərəfli əməkdaşlıqdakı irəliləyiş, son regional və qlobal hadisələrin müzakirəsi planlaşdırılır.

44 filmi