Rusiya XİN: “Brüsselin arzusu Rusiyanı regiondan sıxışdırmaqdır”

Xarici siyasət
  • 08 dekabr, 2022
  • 11:39
Rusiya XİN: “Brüsselin arzusu Rusiyanı regiondan sıxışdırmaqdır”

“Brüsselin arzusu Rusiyanı regiondan sıxışdırmaqdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya Brüsselin istənilən yolla İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesinə qoşulmaq istəyindən xəbərdardır:

"Moskva hadisələri gözləməyəcək və iki ölkənin sərhədində Avropa missiyasının mandatının uzadılması imkanını şərh etməyəcək. Lakin bu mövzu Ermənistan və Azərbaycanla mütəmadi olaraq müzakirə olunur”.

44 - Tezliklə