Rusiya XİN başçısı ATƏT sədri ilə Qarabağı müzakirə edəcək

Xarici siyasət
  • 09 fevral, 2022
  • 13:52
Rusiya XİN başçısı ATƏT sədri ilə Qarabağı müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Fevralın 15-i baş tutacaq görüşdə həmçinin Ukraynanın şərqindəki və Moldovanın Dnestryanı bölgəsindəki münaqişələrin həll yolları müzakirə olunacaq.

44 filmi